Qurban Qurbanov Şenol Günəşlə görüşdü - Foto

qurban-qurbanov-senol-gunesle-gorusdu
Oxunma sayı: 1521

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyə millisinin təlim-məşq toplanışını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, yığmanın baş məşqçisi Şenol Günəşlə görüşən Q.Qurbanov azərbaycanlı azarkeşlərin Avro-2020-də Türkiyəni dəstəklədiyini bildirib. O, yığmaya turnirdə uğurlar arzulayıb.

Ş.Günəş isə Q.Qurbanova millinin imzalı formasını verib.