Qurban Qurbanov Ufuk Budakı milliyə qaytardı

qurban-qurbanov-ufuk-budaki-milliye-qaytardi
Oxunma sayı: 1376

Türkiyə I Liqasında mübarizə aparan “Samsunspor” klubunun üzvü Ufuk Budak yenidən Azərbaycan millisinə dəvət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə müdafiəçinin millimizin Belarus və Makedoniya ilə yoxlama oyunlarına dəvət aldığı qeyd edilib.

28 yaşlı futbolçu martın 18-də, “Boluspor”la görüşdən sonra Bakıya gələrək, millinin düşərgəsinə qoşulacaq. 

2011-ci ildən millimizin üzvü olan Ufuk, 17 görüşdə yığmamızın şərəfini qoruyub. O, sonuncu dəfə 2016-cı il mayın 26-da keçirilmiş Andorra ilə yoxlama oyununda (0:0) millimizin formasını geyinib.