Qurban Qurbanova şərik oldu

qurban-qurbanova-serik-oldu
Oxunma sayı: 2883

“Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan millisində 14-cü qolu vuraraq Qurban Qurbanova şərik olub.

“Qafqazinfo” xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu nəticəyə Qazaxıstanla yoldaşlıq oyununda fərqlənməklə nail olub. Bununla da o, Qurban Qurbanovun 20 illik rekordunu təkrarlayıb.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan matçı millimizin 3:2 hesablı qələbəsi ilə bitib.