Qurban Qurbanovdan AFFA-ya - “Fikirlərimə önəm vermirlərsə…”

qurban-qurbanovdan-affa-ya
Oxunma sayı: 3484

“Futbolçularımı təbrik etmək istəyirəm. Neçə illərdi ki, finalda oynamırdılar. Həmişə kuboka tam fərqli baxmışam. Başqa prestijdi. Ümumiyyətlə, final matçları futbolçuların böyüməsi üçün fayda verir. Ən azından buna görə istəyirəm finalda oynamağımızı. Düşünürəm ki, bu gün göstərdikləri oyunları və istəklərilə finala layiq idilər. Finala vaxtımız çoxdu hələ. İnanıram ki, finala da böyük istək və motivasiya ilə hazırlaşacaqlar. Bu gün maraqlı azarkeş dəstəyi var idi. Onlara təşəkkür edirəm. Hissə-hissəydilər. Komandanı dəstəkləmək üçün fərqli qruplar yaranır. Bu, adamı sevindirir. Cavanlar, yaşlılar, baxırdım, mənim üçün maraqlı mənzərə idi. Stadiona gələn azarkeşlərə təşəkkür edirəm. "Qəbələ"yə də gələcəkdə uğurlar arzu edirəm".

“Qafqazinfo” xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Qəbələ" ilə keçirilən cavab matçından sonra mətbuat konfransında deyib.

- Final matçının bölgədə, yoxsa Bakıda keçirilməsini istəyərdiniz?

- Heç vaxt belə şeylərə müdaxilə etmək istəməmişəm. Bəzən soruşublar, fikir bildirmişik, tam əksi olub. Fikir bilirməyim düzgün olmaz. Bölgədə də oynamışıq, Bakıda da. Hansı qərarı verəcəklər, ona hazırlaşacağıq. Hansısa fikir bildirmək istəmirəm.

- Bu gün İcriaiyyə Komitəsinin iclası oldu. Gələn mövsümdən əvəzetmə 5 yox, 3 olaraq qalacaq. Sizcə qərarın dəyişilməməsi nə ilə əlaqədardı? Həmkarlarınız istəmədi?

- Düzünü deyim, qərarlara təəccüblənmirəm. Bəzən, ümumiyyətlə, belə fikirlər və suallardan uzaq olmaq istəyirəm. Amma yenə də bəzən öz fikirlərimi bildirməliyəm. Niyə belə qərarlar qəbul olundu, deyə bilmərəm. Çünki mən dəfələrlə demişəm ki, futbola cavabdeh qurum var və qərarları onlar verir. Sadəcə maraqlı tərəfi odur ki, bəzən fikirlərimiz öyrənilir, amma qərarlar başqa olur. Bizim fikirlərimiz öyrənilir, klublar birliyi var. Bildiyim qədərilə Klublar Komitəsi də yığılmışdı. Demişdilər ki, müzakirələr olunacaq.

Hər klubun öz fikri, düşüncəsi var. Bu gün belə bir fikir bildirilmişdi ki, bu gün yenə də müzakirə olunacaq, amma qərar yığılanda belə olacaq. Bu gün Klublar birliyi konkret qərar qəbul etməyib, öz fikrini tam bildirməyib və İcriaiyyət Komitəsində müzakirə olunub, düşündükləri qərarı veriblər. Belə hallar olduqda, hər hansı təkif etməyib, məqsədəuyğun saymıram. Dedilər ki, Klublar Birliyi yığışır, təklifiniz nə olar? Dedim ki, biz heç bir fikir bildirməyək.

Çünki ola bilər başqa klublar narazı olar, narahat olar, ya federasiya narazılıq edər, narahat olar. Amma hər bir halda dedim ki, digər klublar nə qərar qəbul etsə, nə desə... Biz onsuzda hansı limit deyiblər, ona uyğun komandanı yığmışıq, işimizlə məşğul olmuşuq. Çempionatın gedişini gələcəyi fərqli görürəm. Fikirlərimiz üst-üstə gəlmirsə, hər hansı fikir bildirməyim dzgün deyil. Çünki sonda səlahiyyət onların əlindədi.

Kiçik fikir bildirdik ki, belə bir dəyişiklik edilsin. Əgər ona da önəm verilmirsə, narazılıq olursa, bundan sonra ümumiyyətlə qərara fikir bildirməyim düzgün olmayacaq. Yəqin ki, bildirməyəcəm fiir. Çalışacam belə fikirlərdən uzaq olam. Dəfələrlə bildirmişəm ki, hərəmizin öz boynumuza düşən vəzifə var və onu çalışıb yerinə yetirməliyik. Amma görəndə ki, bizimlə məsləhət edilmək istəilirsə, məsləhətimizi veririk, sonda da ona önəm verilməyəndə rfikir bildirməməimiz daha doğru olar. Çünki sonda hansısa narazılıq olur.

Biz "Qarabağ" olaraq futbolumuza layiqincə xidmət etməyə çalışırıq. Futbolçu yetişdirək, yaxşı nəticələr əldə edək. Nə bacarırıq, nə dərəcədə alınır, bunu daha yaxşı etməyə çalışacağıq. Hər bir halda sualınıza cavabım belədi. İnanın ki, qərarlara bir o qədər də təəccüblənmədim. Elə bir ciddi dəyişiklik olmadı. İcriaiyyət Komitəsində nə cür istəyirlərsə, elə də də oldu.

Elsevər Məmmədov