“Sauthempton”un müvəqqəti baş məşqçisi Ruben Selles İngiltərə Premyer Liqasında “Çelsi” ilə bugünkü oyun öncəsi mətbuat konfransı keçirib.
“Qafqazinfo” xəbər verir ki, 2015-2017-ci illərdə “Qarabağ”da işləmiş mütəxəssis ağdamlıların baş məşqçisi Qurban Qurbanovdan çox şey öyrəndiyini deyib: “Mənim biliklərindən yararlandığım çalışdırıcılar var. Ralf Hasenhüttl kimi məşqçi ilə işləmişəm. Azərbaycanda çalışarkən Qurban Qurbanovdan çox şey öyərndim. Bu öyrəndiklərim karyerama təsir edəcək”.
Qeyd edək ki, Ruben Selles “Qarabağ”la yanaşı 2012-2014-cü illərdə “Neftçi”də də çalışıb.
Son xəbərlər
Son Xəbərlər