Qurban Qurbanovdan məğlubiyyət - Açıqlaması

qurban-qurbanovdan-meglubiyyet
Oxunma sayı: 1918

“Məğlub olmaq istəməzdik. Rəqib həqiqətən də yaxşı komandadır. Ancaq öz futbolçularımız da səhvlər elədi”.

"Qafqazinfo" apasport.az-a istinadən xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Tottenhem”in qonağı olan ağdamlıların baş məşqçisi 1:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb: “İlk oyun idi, istər-istəməz futolçularda həyəcan var idi. Hesabın 2:1 və ya 3:1 olması əhəmiyyət kəsb eləmirdi. Bəlkə də müəyyən boşluqlar oldu deyə belə səhvlər alındı. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edə biləcəyik”.