Qurban Qurbanovdan qələbə şərhi

qurban-qurbanovdan-qelebe-serhi
Oxunma sayı: 2238

"Qələbə qazanmağımıza baxmayaraq, bizim üçün çox çətin oyun oldu. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı vuruşdular".
 
"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprdə APOEL-ə qalib gəldikləri (2:1) oyundan sonra mətbuat konfransında deyib.

O, rəqibin məğlub olmasına baxmayaraq, güclü komanda olduğunu və Bakıda "Qarabağ"ı daha ağır oyun gözlədiyini bildirib: "Rəqibin gücü hamıya məlumdur və bilirdik ki, ilk dəqiqələrdən təzyiq yaradacaqlar. APOEL özünəməxsus oyun üslubu olan bir komandadır. Qələbəyə baxmayaraq, biz arxayınlaşmayacağıq. Yaxşı başa düşürük ki, bugünkü oyundan daha ağırı bizi Bakıda gözləyir. Bu qarşılaşmanı analiz edib cavab matçında daha hazırlıqlı olmalıyıq".

Qeyd edək ki, komandaların cavab görüşü avqustun 13-də baş tutacaq.