Qurban Qurbanovdan rəqibə təsəlli - “Ruhdan düşməsinlər”

qurban-qurbanovdan-reqibe-teselli
Oxunma sayı: 1419

Xəbər verdiyimiz kimi, “Qarabağ” Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra baş tutan mətbuat konfransında yaxşı oyun göstərdiyi üçün futbolçularını təbrik edib:

“Maraqlı oyun oldu. Hər iki komanda ən yaxşı oyunlarından birini göstərdi. Sistem, oyun baxımından hər iki komanda yaxşı çıxış etdi. Rəqibimiz son zamanlar yaxşı günlərini yaşamasa da, ruhdan düşməməyə çalışmalıdırlar”.

“Trabzonspor”dan icarəyə götürülən Ramil Şeydayevin klubdakı gələcək taleyi ilə bağlı da danışan Qurbanov deyib ki, hələlik transferlə bağlı danışıqlar aparılmayıb.