Qurban Qurbanovun 200-cü qələbəsi

qurban-qurbanovun-200-cu-qelebesi
Oxunma sayı: 797

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb.

“Qafqazinfo” PFL-ə istinadən xəbər verir ki, bu, Topaz Premyer Liqasının XXVI turunun “Zirə” ilə səfər oyununa təsadüf edib.

2008-ci ildən “Qarabağ”ı çalışdıran Qurbanov 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb. Bunların 200-də qələbə qazanan komanda 84 heç-heçə edib və 56 dəfə uduzub.

Qeyd edək ki, Qurbanovun Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-dir.