Qazaxıstanda keçirilən "Prezident kuboku"nun ən yaxşı hücumçusu müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, bu ada Azərbaycan U-17 millisinin üzvü Musa Qurbanlı layiq görülüb.
Yığmamızın kapitanı turniri 2 qolla başa vurub. Əsas millinin çalışdırıcısı Qurban Qurbanovun oğlu olan Musa Qırğızıstan (3:0) və Qazaxıstanla oyunlarda (1:1) fərqlənib.
Yığmamız turniri 2-ci yerdə başa vurub.

Son xəbərlər
Son Xəbərlər