“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində Moldovanın “Şerif” klubuna 2:1 hesabı ilə qalib gəldiyi cavab matçı Qurban Qurbanov üçün yubiley olub.“Qafqazinfo” xəbər verir ki, 45 yaşlı mütəxəssis 2008-ci ilin avqustundan çalışdırdığı Ağdam klubuyla avrokuboklarda 30-cu qələbəsini qazanıb.
Qurbanovun hesabında bu 9 ildə Avropada 68 matç var. Qalan 38 oyundan 20-də bərabərlik, 18-də məğlubiyyət qeydə alınıb. (topların fərqi 79-61).
Təcrübəli mütəxəssis yubiley qələbəsi ilə Azərbaycan futbolu tarixinə düşüb. Bu da ilk dəfə olaraq Çempionlar Liqasının pley-ofuna yüksəlməyimiz olub.
Xatırladaq ki, Qurbanovun "Qarabağ"la avrokubokarda debütü 2009-cu ildə olub. Bu, Avropa Liqasının II təsnifat mərhələsində Norveçdə "Rusenborq"la qolsuz bərabərlikdir.
Son xəbərlər
Son Xəbərlər