Qurbanov ən yaxşı məşqçilər siyahısında - 497-cidir

qurbanov-en-yaxsi-mesqciler-siyahisinda
Oxunma sayı: 1807

Сoachworldranking.com 2015-ci ilin yekunlarına görə ən yaxşı məşqçilərin reytinqini açıqlayıb.

“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov siyahıda 497-ci yerdə qərarlaşıb. Onun aktivində 1238 xal var.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk 937 xalla 606-cı pillədə yer alıb.

Reytinqə 18896 xal toplayan “Barselona”nın baş məşqçisi Luis Enrike başçılıq edir.