Qurbanov Fransaya “casus” göndərir

qurbanov-fransaya-casus-gonderir
Oxunma sayı: 1880

Azərbaycan milli komandasının məşqçisi Elçin Rəhmanov yığmamızın rəqiblərinin oyunlarını izləyəcək. "Qafqazinfo" xəbər verir ki, yığmanın baş məşqçisi Qurban Qurbanovun göstərişinə əsasən, səfərə yollanacaq çalışdırıcı iki görüşü stadiondan seyr edəcək.

O, UEFA Millətlər Liqasında millimizlə eyni qrupda mübarizə aparacaq komandaların oyunlarına baxacaq. Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo – Madaqaskar, ayın 25-də isə İspaniyada təşkil olunacaq Farer adaları – Lixtenşteyn qarşılaşmaları zamanı stadionda olacaq.