"Qarabağ"da yeni müqavilə qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu kapitan Rəşad Sadıqovla müqaviləni uzadıb. 36 yaşlı müdafiəçi daha bir il "köhlən atlar"da çıxış edəcək. Bu barədə məlumatı komandanın baş məşqçisi Qurban Qurbanov verib. Təcrübəli mütəxəssis Donald Geryenin də klubda qalacağını bildirib: "Rəşadla bir neçə gün əvvəl görüşümüz oldu. Karyerasını davam etdirməsinə qərar verdik. Daha bir il komandamızın uğurları üçün çalışacaq. Gerye də bizimlə qalacaq".
Qeyd edək ki, Rəşad Sadıqov 2011-ci ildən "Qarabağ"da çıxış edir. Təcrübəli futbolçu bu mövsüm bütün turnirləri nəzərə almaqla 28 oyun keçirib.
Mövsümü çempion başa vuran "Qarabağ" üç futbolçusu ilə yollarını ayırıb. Ağdam təmsilçisi Reynaldo Silva, İnnosent Emeqara və Yakub Jezniçakla başa çatan müqaviləni uzatmayıb. Bu barədə açıqlamasında Qurban Qurbanov deyib: "Müqavilə müddəti başa çatan Reynaldo Silva və Yakub Jezniçakla dünən görüşərək sağollaşdıq. Emeqara ilə 1+1 sistemi ilə razılaşmışdıq. Yeni müqavilə imzalamasına gərək duymadıq".
Son xəbərlər
Son Xəbərlər