“Qafqazinfo xəbər verir ki, “Qarabağ” doğma arenada “Qəbələ”yə 0:1 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti belə şərh edib:
“Oyundan çox razı qaldım. Məğlub olmağımıza baxmayaraq, istədiyim oyunu meydançada gördüm. Bəzən məğlub olduğum oyunlardan daha çox razı qalıram, nəinki qalib gəldiyimiz oyunlardan. Biz güclü komandaya qarşı oynayırdıq. “Qəbələ”ni təbrik edirəm”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər