“Qurbanov onları milliyə çağırmamaqla düz edir”

qurbanov-onlari-milliye-cagirmamaqla-duz-edir
Oxunma sayı: 1578

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov gənc futbolçuları Bəxtiyar Həsənalızaylə Amil Yunanovun milli komandaya çağırılmamalarına münasibətini bildirib.

"Qafqazinfo" xəbər verir ki, gənc mütəxəssis açıqlamasında yığmamızın yeni baş məşqçisi Qurban Qurbanovun qərarını haqlı sayıb: "Düz eləyirlər çağırmırlar. Vaxtı çatanda, layiq olanda, dəvət ediləcəklər. Amildə hücumçu olaraq çox şey çatmır. Bunu bugünkü yoxlama oyunumuzda gördünüz. Ancaq Yunanov hər şeyin qaydasında olması üçün çalışır. Bu cür işləməyə davam etsə, inşallah, milliyə də düşəcək".
 
Xatırladaq ki, Qurbanov Antalyadakı təlim-məşq toplanışına "Sumqayıt"dan müdafiəçi Bəhlul Mustafazadəylə yarımmüdafiəçi Cavid İmamverdiyevi çağırıb.