“Qafqazinfo” “idmanxeber.com”-a istinadən Ağdam klubunun çalışdırıcısının matçdan sonra səsləndirdiyi fikirləri təqdim edir: “Oyundan razı qaldım, baxmayaraq ki, komandam qələbə qazana bilmədi. İsti hava da sürətli oyun göstərməyimizə mane oldu. Buna görə əvəzləmələr etdim, amma yenə də qələbə qazana bilmədik. Məncə, sürəti bir qədər də yüksəltsəydik, 3 xalı qazana bilərdik. Sadəcə bu gün “Bakı” avrokuboklara getmək istəyən komanda təsiri bağışlamadı. Buna görə onları başa düşə bilmədim. Ola bilər ki, komandamızda bəzi futbolçularda arxayınlıq olsun. Onların futbolçuları oyun boyu vaxt aparırdılar. Bunu da başa düşürəm. Amma qarşıdakı oyunlarda qələbə qazanmağımız mütləq vacibdir”.
Qeyd edək ki, bu gün keçirilən “Bakı”-“Qarabağ” matçında hesab açılmayıb.
Son xəbərlər
Son Xəbərlər