“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra keçirdiyi mətbuat konfransında “Kukesi”ni ölkə çempionu kimi qələmə verməsi Albaniya mətbuatında birmənalı qarşılanmayıb.
“Qafqazinfo”.az xəbər verir ki, albaniyalı həmkarlarımız Qurbanovun çempion “Skenderbeu”nun UEFA tərəfindən 10 illik diskvalifikasiya edilməsindən xəbərsiz olduğunu vurğulayıblar:
“Deyəsən, “Qarabağ” düşərgəsində kimin Albaniya çempionu olmasından bixəbərdilər. Onlar bilmirlər ki, “Skenderbeu” beynəlxalq oyunlardan UEFA tərəfindən 10 illik kənarlaşdırılıb. Elə bu səbəbdəndir ki, Qurbanov özü də bilmədən “Skenderbeu”nu təxribata sürükləyib”.
Qeyd edək ki, “Kukesi” – “Qarabağ” matçı qolsuz bərabərliklə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər