Qurbanovdan təşəkkür...

qurbanovdan-tesekkur
Oxunma sayı: 715

“Bütün naxçıvanlılara təşəkkür edirəm. Oyunboyu motivasiya verdilər. Azarkeşlərə təşəkkür edirəm. Uzun məsafəni qət edib, dəstək oldular. Komandanı təbrik edirəm. Üç dəfə ardıcıl bu uğura yiyələnmək hər bir komandanın arzusudur. “Qəbələ” komandasına da təşəkkür edirəm. Mövsüm boyu çətin oyunlarımız oldu”
 
"Qafqazinfo" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşçisi Qurban Qurbanov deyib. Azərbaycan Kuboku finalında “Qəbələ”ni məğlub edən (2:0) ağdamlılar ardıcıl üçüncü dəfə Azərbaycan Kubokuna yiyələnib.

Oyundan sonra “Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün “Qarabağ” “Qəbələ”ni nədə üstələdi?

- Nəsə demək bəlkə də, doğru çıxmaz. Biz əlimizə düşən fürsətlərdən istifadə etdik. Qol epizodlarımız daha çox oldu, hücumlarımızı daha tez qururduq. Buna baxmayaraq, hava şəraiti və meydança amili təsir edirdi, çətinlik yaradırdı.

- Bugünkü qələbəni, cari mövsümdəki qızıl dublu kimı həsr edirsiz?

- Bu bizim işimizdir, qələbəni öz komandamıza, öz qarabağlılarımıza həsr edirəm
 
- Hansı mövqeyə futbolçu transfer etməyi düşünürsüz?

- Transfer edəcəyik, imkanımız çərçivəsində futbolçu sayını artıracağıq. Danışıqlar gedir. Bizim üçün çətin olsa da, axtarışlarımız avam edir.