“Qurbanovu bununla xatırlayırlar” - - Dorde Duriç

qurbanovu-bununla-xatirlayirlar-
Oxunma sayı: 2457


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”a rəqib olan Monteneqronun “Rudar” klubunun aparıcı futboçusu Dorde Duriç deyib.

Sloveniyalı müdafiəçi “Qarabağ”ı favoriti sayıb: “Mən deyə bilmərəm ki, bizim şansımız çoxdur. Çünki “Qarabağ” daha güclüdür. Amma bacardığımızı edəcəyik. Futbolda hər şey mümkündür. İndidən nəsə demək olmaz. Amma reallığa baxsaq, əlbəttə ki, rəqib daha üstün komandadır. Elə ötən mövsümki çıxışları hər şeydən xəbər verir. Ümid edirəm ki, biz bu çətin vəzifənin öhdəsindən gələ biləcəyik”.

Duriç Azərbaycan haqqında məlumata malik olduğunu bildirib: “Sloveniyadan dostlarım olub ki, Azərbaycanda oynayıblar. Onlar bu ölkə haqqında mənə çox danışıblar. Onlar bildirirdilər ki, paytaxt Bakı mükəmməl şəhərdir. Sizin ölkədə olmuş dostlarımın əla fikirləri var”.

““Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqqında eşitmisiz” sualına isə futbolçu belə cavab verib: “Əlbəttə. Futbolla maraqlanan yaşlı insanlar Qurban Qurbanovu Serbiya və Çerneqoriya millisinin qapısına  vurduğu iki qolla xatırlayır. Onlardan biri bu barədə mənə danışmışdı. Eşitmişəm ki, çox yaxşı hücumçu olub. Baş məşqçi kimi də etdikləri göz önündədir. Ötən mövsüm Avropa Liqasında komandanın çıxışı buna nümunədir”.

Elsevər