“Qurbanovun işinə qarışa bilmərik” - Tahir Gözəl

qurbanovun-isine-qarisa-bilmerik-
Oxunma sayı: 2185

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Viktoriya” ilə 1:1 bərabər qaldıqları görüşdən danışıb.

Qafqazinfo” xəbər verir ki, Tahir Gözəl oyundan sonra jurnalistlərə verdiyi açıqlamada mərhələ adlaya bilmədikləri üçün məyus olduqlarını bildirib:

“Nəticəyə görə çox məyusuq. Üstünlük bizim tərəfimizdə idi. 3 real qol epizodunu boşa verdik. Rəqibin 1 imkanı oldu və ondan da istifadə etdi. Xalqımıza qələbə sevinci yaşatmaq istəyirdik. Təəssüflər olsun ki, alınmadı. Biz Qurban Qurbanovun işinə qarışa bilmərik. Rəqib komandanın rəhbərliyi ilə söhbət etmişik. Bildirdilər ki, çempionat oyunlarında hər matça 12 min azarkeş yığılır. Biz də hər oyuna 12 min azarkeş yığsaq, uğur olar. Azarkeşlərimizə atmosfərə görə təşəkkür edirəm”.

Tahir Gözəl qarşıdakı hədəflərinin Avroliqanın qrupunda oynamaq olduğunu qeyd edib:

““Qarabağ” əlindən gələni etdi ki, mərhələni adlasın. Çox gözəl oynadıq. Bizim bəxtimiz gətirmədi”.