Qurbanovun millidə debüt oyunu açıqlandı

qurbanovun-millide-debut-oyunu-aciqlandi
Oxunma sayı: 2229

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

“Qafqazinfo” xəbər verir ki,  millimiz yanvarın 30-da Türkiyənin Antalya şəhərində Moldova yığması ilə qarşılaşacaq. Bu matç  Qurban Qurbanovun millimizdə baş məşqçi qismində ilk oyunu olacaq.

Xatırladaq ki, yığmamız fevralın 2-də Gürcüstan yığması ilə də yoldaşlıq oyunu keçirəcək.