Qurbanovun milliyə təyinatı Gəncədə belə qeyd olundu - Fotolar

qurbanovun-milliye-teyinati-gencede-bele-qeyd-olundu
Oxunma sayı: 3623

Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş “Kəpəz”-“Qarabağ” oyunundan əvvəl qonaq komandanın çalışdırıcısı Qurban Qurbanova sürpriz edilib. 

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun baş məşqçisi təyin olunan Qurbanova “Kəpəz”in kollektivi və Gəncə azarkeşləri adından klubun rənglərinə uyğun sarı və göy lentlər ilə bəzədilən gül dəstəsi təqdim olunub, mütəxəssisə millidəki gələcək fəaliyyətində uğurlar arzulanıb.

“Qurban, Qurban” sədaları altında yığmanın yeni çalışdırıcısı onu təbrik edənlərə təşəkkürünü bildirib.