Qurtuluş Günü ilə bağlı konsert - Fotolar

qurtulus-gunu-ile-bagli-konsert
Oxunma sayı: 1222

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin təşkilatçılığı ilə "Xəzri" rəqs qrupunun 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan konsert proqramında “Xəzri”rəqs qrupunun ifa etdiyi maraqlı rəqs nömrələri tamaşaçıların zövqünü oxşayıb.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Və Turizm Baş İdarəsinin rəisi Vuqar Zenalov, İdarə rəisinin muavini Nazim Əliev, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin direktoru Hacı Əliyev, valiydeynlər və başqaları iştirak edib.

Konsertdə təqdim olunan Polad Bülbüloğlunun “Şən Azərbaycan”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası, “Uzundərə” və “Tellərini yan dara qız" xalq mahnıları kimi musiqi sədaları altında rəqqasların maraqlı ifaları, xüsusilə azyaşlı qızlarin "Cücələrim", “Çətirlərlə şən rəqs", oğlanlardan ibarət rəqs qupunun "Şən oğlanlar" rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.Estrada müğənnilərin çıxışları isə konsertə xüsusi rəng qatıb.

Qeyd edək ki, “Xəzri” rəqs qrupu 2014-cü ildən uğurla fəaliyyət göstərir. Qrupunun repertuarında müxtəlif Azərbaycan və dünya xalqlarının rəqsləri yer alır.