Bu gün Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur.
“Qafqazinfo” xəbər verir ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə edəndən sonra ölkədə daxili vəziyyət pisləşib, hakimiyyət böhranı yaranmışdı.
Vətəndaş müharibəsi üçün ziddi zəmin yarandığı bir vəziyyətdə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə müraciət edilib. O zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. O, çox az bir vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bilib.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.
Son xəbərlər
Son Xəbərlər