Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür.
“Qafqazinfo”nun məlumatına görə, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə edib, lakin müstəqilliyin ilk illərində ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzbəüz qalıb.
1992-ci ildə hakimiyyətdə olan Xalq Cəbhəsi ölkəni idarə etməyi bacarmayıb. Belə vəziyyətdə Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev iyunun 9-da Bakıya dəvət edilib.
O, Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
Son xəbərlər
Son Xəbərlər