Quru Qoşunları Afrində əməliyyata başladı

quru-qosunlari-afrinde-emeliyyata-basladi
Oxunma sayı: 3666

Türkiyə Silahlı Qüvvələri (TSQ) Quru Qoşunları Suriyanın Afrin bölgəsində əməliyyata başlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən 72 təyyarənin 108 hədəfi bombalamasından sonra, əməliyyat bu gün qurudan davam etdirilir.

Məlumata görə, Xüsusi Təyinatlı Qüvvələrin komandoları iki istiqamətdən sərhədi keçərək Afrinə yönəlib. Tanklar və digər zirehli texnikalar da hərəkətə keçib.