Başqanlığa namizəd Səxavət Əlisoy “Qafqazinfo”ya açıqlamasında verilən qərara münasibət bildirib.
S.Əlisoy deyib ki, qurultay Əmircandakı Mədəniyyət evində olmasa da partiyanın özündə keçirilməlidir: “Güman ki, Mədəniyyətin evindəki gigiyenik vəziyyətlə bağlı danışıqlar aparılacaq. Amma onu dəqiq deyə bilərəm ki, qurultay artıq bu dəfə keçiriləcək. Qurultay oyunu sona çatmalıdır. Bu məsələ 27 sentyabrda bitməlidir. Qurultayın şadlıq saraylarında keçirilməsi də mümkündür. Məcburi bir yer tapılacaq, əks halda belə qurultay təxirə salına bilməz. Bu partiya üçün böyük bir zərbə olacaq. Ümid edirəm ki, daha qurultay oyunu barədə söhbət getməyəcək”.
Qeyd edək ki, Müsavat Partiyası qurultayını sentyabrın 27-ə təyin edib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər