Qus Hiddink qovuldu

Qus Hiddink qovuldu
Oxunma sayı: 279

“Qafqazinfo”nun məlumatına görə, Türkiyə Futbol Federasiyası Hiddinklə çalışmaq istəmədiklərini açıqlayıb. Federasiya bu qərarı Xorvatiya ilə qarşılaşmadakı məğlubiyyətdən sonra verib. 8 aylıq məvacibi (3.2 milyon Avro) ödənilməli olan Hollandiyalı baş məşqçinin müqaviləsi ləğv ediləcək və əlavə təzminat ödənilməyəcək. 65 yaşlı mütəxəssisin yerini hazırda “İstanbul BB” komandasını çalışdıran Abdullah Avcının tutacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə yığması AÇ 2012-nin pley-off mərhələsində Xorvatiya ilə üz-üzə gəlib və iki oyunun nəticəsinə görə rəqibinə məğlub olub (0:3, 0:0)

Ceyhun Əhmədov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi