Quş oğruları tutuldu

qus-ogrulari-tutuldu
Oxunma sayı: 953

Bakıda ev quşları oğurlanıb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 13-nə keçən gecə Suraxanı rayonunun Binə qəsəbəsində yaşayan Fariz İsmayılovun həyətindən 69 ev quşu oğurlanıb.

Bununla bağlı Suraxanı RPİ 30-cu PB əməkdaşlarının əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə hadisəni törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Elçin Ələsgərov və Elxan İsmayılov tutulub.