Qusarda 10 otaqlı evdə yanğın olub

qusarda-10-otaqli-evde-yangin-olub
Oxunma sayı: 859

Qusar rayonunda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Şirvanovka kəndində ümumi sahəsi 256 m² olan ikimərtəbəli 10 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 m² sahədə yanıb.

Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Qeyd olunur ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb