Qusarda 11 yaşlı uşaq kanalda boğulub

qusarda-11-yasli-usaq-kanalda-bogulub
Oxunma sayı: 720

Qusar rayonunda bədbəxt hadisə baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Ləcət kənd sakini, 2006-cı il təvəllüdlü Niftəliyev Ramid Bəhruz oğlu kanalda boğulub.
 
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.