Qusarda 240 ton ot bağlaması yanıb

qusarda-240-ton-ot-baglamasi-yanib
Oxunma sayı: 719

Qusar rayonu, İmamqulukənd kəndində vətəndaşa məxsus fermanın ərazisinə yığılmış ümumi çəkisi 300 ton ot bağlamasının 240 tonu yanıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı tövlədə olan 75 baş iri buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən  xilas olunub.