Qusarda 4 otaqlı ev yanıb

qusarda-4-otaqli-ev-yanib
Oxunma sayı: 741

Qusar rayonunda 4 otaqlı evdə yanğın olub.

“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi məlumata görə, rayonun Urva kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə, ikinci mərtəbəsində bir otağın və eyvanın yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.