Qusarda çempionat keçiriləcək

qusarda-cempionat-kecirilecek
Oxunma sayı: 775

Yanvarın 30-31-də Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə Qusarın Ləzə kəndində buzadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək.

FAIREX-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, çempionatda iştirak etmək üçün yanvarın 26-dək federasiyanın Nobel prospekti 61 ünvanında yerləşən ofisinə müraciət olunmalıdır.

Yarışlara fərdi və klub şəklində qatılmaq mümkündur.