Tanınmış rusiyalı teleaparıcı Mixail Şirvindt bu günlərdə növbəti dəfə Azərbaycana səfər edib. “Qafqazinfo”nun məlumatına görə, burada o, Yutub kanalında yayımlanan “Syedobnoye-nesyedobnoye” proqramı üçün çəkiliş edib.
Bu dəfə M.Şirvindt öz çəkiliş heyəti ilə bərabər Qusar rayonunda yerləşən “Şahdağ” qış-yay turizm kompleksində olub. Aparıcı orada Azərbaycan mətbəxinin ən ləziz təamalarından biri – saciçinin bişirilməsində iştirak edib.
“Syedobnoye-nesyedobnoye” proqramı üçün Bakıda çəkilən süjetdə isə tamaşaçılar Azərbaycan mətbəxinin daha bir təamı – taxta qovurmanın hazırlanmasını görəcəklər.
Xatırladaq ki, 2018-ci ilin əvvəlində də “Syedobnoye-nesyedobnoye”nun bir buraxılışı Azərbaycana həsr olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər