Qusar rayonunun Aladaş kəndində istirahət mərkəzinin ərazisində yanğın olub.
“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi məlumata görə, ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli binanın (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər