Qusar rayonunun Kuzun kəndinə güclü leysan yağıb.
“Qafqazinfo”nun Ans press-ə istinadən məlumatına görə, leysan nəticəsində 2 ev uçub.
Həmçinin kəndlərarası yolda körpü dağılıb, evlərə su dolub. Kuzun kəndi Şahdağın ətəklərində yerləşir.
Qusar Fövqəladə Hallar Komissiyasının sədri, rayon icra başçısının birinci müavini Şahid Fərəməzov faktı təsdiqləyib. Şahid Fərəməzov əraziyə Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qüvvələrinin cəlb edilməsi barədə müraciət edildiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər