Qusarda mağaza yandı

qusarda-magaza-yandi
Oxunma sayı: 762


"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Qusar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan mağazanın kassa otağının lambirdən ibarət divar və tavan üzlüyü 20 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.