Qusarda qardaş qardaşı qətlə yetirdi

qusarda-qardas-qardasi-qetle-yetirdi
Oxunma sayı: 3244

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Bakı şəhərində qeydiyyatda olan, müvəqqəti olaraq Qusarda yaşayan 1970-ci il təvəllüdlü Orucov Raul Luğman oğlu şəxsi münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Orucov Kamran Luqmanoviçi bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.