Qusarda süni göldə 20 yaşlı gəncin meyiti tapıldı

qusarda-suni-golde-20-yasli-gencin-meyiti-tapildi
Oxunma sayı: 1497

Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun axtarışları başa çatıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, A.Cavadovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.