Qusarda torpaq sürüşməsi - Foto

qusarda-torpaq-surusmesi
Oxunma sayı: 1617

Qusar rayonunun Kuzun kəndində torpaq sürüşməsi baş verib.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, sürüşməyə səbəb son günlər havaların rütubətli keçməsidir.

Nəticədə kəndə gedən yol sürüsüb.

Qusar 4 saylı Yol İstismar İdarəsinin əməkdaşları hazırda sürüşməyə məruz qalmış yolu açmağa çalışırlar.

Hadisə ilə əlaqədar Qusar Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə texnika göndərilib.

Sürüşmə ərazisi 200 metrdən çoxdur.