Qusar rayon Heydər Əliyev Mərkəzinin “Mən səninləyəm Azərbaycan” adlı vətənpərvərlik tədbiri keçirilib.
"Qafqazinfo" xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova çıxış edərək vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amil olduğunu qeyd edib.
Tədbirdə işində iştirak edən Səfərbərlik Hərbi Çağırış Dövlət Xidməti Qusar rayon şöbəsinin zabiti Musa Nağıyev öz çıxışında müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin Azərbaycançılıq ideyalarının gənclər arasında təbliğ edilməsinə böyük ehtiyyac olduğunu və Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi durduğunu vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər