Qusarın içməli su təchizatı yaxşılaşdırılır - Fotolar

qusarin-icmeli-su-techizati-yaxsilasdirilir
Oxunma sayı: 946

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, “Qusar şəhərinin su təchizatı və kanalizasiya sisitemlərinin yenidən qurulması” layihəsi üzrə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19,6 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması hesablanıb. Layihə çərçivəsində Qusar rayonunun Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, Xuray və Quba rayonunun Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərində yaşayan 12 min nəfərin də içməli su təchizatı yaxşılaşdırılacaq. Ümumilikdə layihədən 32 min nəfərə yaxın sakin faydalanacaq.

Mərhələli şəkildə həyata keçirilən layihənin icrasına 2012-ci ilin aprel ayında başlanılıb.