Azərbaycanın istedadlı şairi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs koronavirus pandemiyasına daha bir şeir həsr edib. O, həmin şeirini “Qafqazinfo”ya göndərib.
Sözügedən şeiri oxuculara təqdim edirik:
Zivələrindən
yaş əllər asılan -
Bakım!
Pakım!
Bu dəmdə:
quşlar səkidə gəzir
adamlar damda...
Çıxardı insanların bütün maskalarını
eyni maska taxdı cahana virus:
ağac – virus,
maşın – virus,
bina – virus,
bir yandan koronavirus,
bir yandan karantinavirus...
İlahi, özün bax –
ya eyvandan şəhər sal,
ya da küçələrə qanad tax!..
Son xəbərlər
Son Xəbərlər