Qüslda hansı fərqlər var? -

quslda-hansi-ferqler-var-
Oxunma sayı: 1192


“Qafqazinfo” oxucuların bu sualına islam.az saytının cavabını təqdim edir:

“Məzhəblər arasında qüsl barədə əsas fərq qüslun adıcıllıqla yerinə yetirilməsindədir. 

Cəfəri məzhəbinə görə, qüslda əvvəlcə baş və boynu, sonra sağ tərəfi, daha sonra sol tərəfi tam yumaq şərtdir. Bu ardıcıllıq pozulsa, qüsl batildir. 

Amma əhli-sünnə məzhəbində ardıcıllıq şərt deyil. Əsas olan bütün bədənin tam yuyulmasıdır. Hansı bədən üzvünü əvvəl, hansını sonra yumaq fərq etməz. 

Hənəfilər və hənbəlilər ağzın və burnun içini yaxalamağı da fərz bilirlər. Şafii məzhəbində bu fərz deyil. Malikilər isə hər bir bədən üzvünü yuyarkən sürtüb ovxalamağı da qüslün şərtlərindən sayırlar”.

“Qafqazinfo”