Qusmandan Prezidentə maraqlı hədiyyə - Foto

qusmandan-prezidente-maraqli-hediyye
Oxunma sayı: 2199

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiyasına rəsmi səfər çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, görüşdən sonra TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman dövlət başçısına hədiyyə təqdim edib:

Mixail Qusman: Sizə bir hədiyyəmiz var. Bunu həmkarlara demək lazımdır. Hamı bilir ki, bu yaxınlarda İlham Heydər oğlunun yubileyi oldu. Bu, Azərbaycan Prezidentinin TASS lentlərində və fotoxronikasında tam arxividir. Burada 32 mindən çox məlumat və 400-ə yaxın fotoşəkil var. Sizin bütün prezidentlik dövrünün bütün arxividir.

Prezident İlham Əliyev: Sağ olun. Mənim belə arxivim yoxdur.