Quterreş Azərbaycan və Ermənistanla bağlı bəyanat yaydı

quterres-azerbaycan-ve-ermenistanla-bagli-beyanat-yaydi
Oxunma sayı: 2091

BMT Baş katibi Antonio Quterreş Baş Assambleya çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən sonra bəyanatla çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, Baş katib Bakı və Yerevan arasında dialoqun davam etdiriləcəyinə ümid etdiyini bildirib.

“Baş katib ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 24 sentyabr 2021-ci il tarixində həmsədrlərlə birgə görüşü barədə bəyanatını alqışlayır.

Baş katib Qarabağdakı hərbi əməliyyatlardan bir il sonra xarici işlər nazirləri səviyyəsində birbaşa əlaqələrin bərpasından məmnundur və ümid edir ki, bu cür təşəbbüslər həll olunmamış problemləri həll etmək və davamlı sülhə nail olmaq üçün daha geniş bir dialoq yolu ilə davam edəcək.

Baş katib ATƏT-in Minsk Qrupu həmsədrlərinin və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səylərini tam dəstəklədiyini bir daha bəyan edir. O, bu məsələdə maraqlı olan hər kəsin diqqəti bölgədəki insanların rifahı naminə bütün səviyyələrdə sülhün və əməkdaşlığın təşviqinə yönəltməyə çağırır. BMT bu sahədə davam edən humanitar, bərpa, inkişaf və sülh quruculuğu işləri ilə bağlı səyləri dəstəkləməyə hazırdır”, - deyə bəyanatda qeyd edilir.