Quterreş BMT-ni Ukraynada atəşkəs üçün hərəkətə keçməyə çağırdı

quterres-bmt-ni-ukraynada-ateskes-ucun-herekete-kecmeye-cagirdi
Oxunma sayı: 862

BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının üzvlərini Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün əllərindən gələni etməyə çağırıb.

“Qafqazinfo” xarici KİV-ə isitnadən xəbər ki, Quterreş Təhlükəsizlik Şurasının iclasında deyib: 

“Mən Şuranın bütün üzvlərini silahları susdurmaq və Ukraynada və başqa yerlərdə sülhün qorunmasına kömək etmək üçün əllərindən gələni etməyə çağırıram”. 

Onun sözlərinə görə, beynəlxalq humanitar hüquq tələb edir ki, mülki əhalinin yaşaması üçün zəruri olan təchizat, o cümlədən ərzaq, əkin və mal-qara qorunmalıdır.

“Sizi öz rolunuzu yerinə yetirmək üçün hər cür səy göstərməyə çağırıram”, - Quterreş deyib.

Quterreşin sözlərinə görə, “dünyada hər kəs üçün kifayət qədər qida var. Yeganə məsələ onun paylanmasıdır”.