Quterreş Dağıstanda törədilən terror aktını pisləyib

quterres-dagistanda-toredilen-terror-aktini-pisleyib
Oxunma sayı: 1308

BMT-nin Baş katibi Antonio Quterreş Dağıstanda baş verən terror aktı ilə əlaqədar Rusiya xalqına başsağlığı verib.

“”Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, onun sözlərini sözçüsü Stefan Düjarrik rəsmi internet saytında dərc etdiyi bəyanatda çatdırıb.

“BMT-nin Baş katibi Dağıstanda yəhudi və xristianların dini obyektlərinə və təhlükəsizlik qüvvələrinə qarşı törədilən terror aktlarını ən kəskin şəkildə pisləyir”, - bəyanatda deyilir.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. Hadisə nəticəsində 15-dən çox polis əməkdaşı vəfat edib.